Ötən gün törədilən 51 cinayətin üstü “isti izlər”lə açıldı – DİN-in STATİSTİKASI

Ötən gün törədilən 51 cinayətin üstü “isti izlər”lə açıldı – DİN-in STATİSTİKASI

Hazırda oxunan: Ötən gün törədilən 51 cinayətin üstü “isti izlər”lə açıldı – DİN-in STATİSTİKASI

67051

Daxili İşlər Nazirliyi (DİN) martın 29-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 51 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 75 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, üç nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO