Bakı Ağır Cinayətlər Məhkəməsində polis şöbəsində arvadını güllələyən sabiq polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror İsmayıl Məmmədovun xüsusi amansızlıqla qəsdən adam öldürməkdə və xuliqanlıqda təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra çıxış üşün söz təqsirləndirlilən şəxsin vəkilinə verilib. Vəkil müdafiə çıxışı üçün vaxt istəyib. Proses aprelin 12-ə kimi təxirə salınıb.
Xatırladaq ki, hadisə ötən il sentyabrın 30-da Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı öldürüb.
Faktla bağlı cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:55 / 29.03.2022
Prokuror arvadını bölmədə öldürən polisə 20 il cəza istədi
Hazırda oxunan: Prokuror arvadını bölmədə öldürən polisə 20 il cəza istədi
Hazırda oxunan: Prokuror arvadını bölmədə öldürən polisə 20 il cəza istədi
66986
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.