Azərbaycanda sənaye balıq ovu qadağan ediləcək - Bu tarixdən 

Azərbaycanda sənaye balıq ovu qadağan ediləcək - Bu tarixdən 

Hazırda oxunan: Azərbaycanda sənaye balıq ovu qadağan ediləcək - Bu tarixdən 

66980

Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar daxili su hövzələrində - çaylarda, göllərdə, su anbarlarında aprelin 1-dən sənaye balıq ovuna moratorium qüvvəyə minir və moratorium sentyabrın 1-dək davam edəcək. 

Bizim.Media xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. 

Xidmət rəisi qeyd edib ki, qadağa müddəti meliorativ kollektorlara şamil edilmir.

O, moratoriumun davam etdiyi müddətdə sənaye balıq ovu ilə məşğul olan hər kəsi qaydalara əməl etməyə çağırıb:

“İdman və həvəskar balıq ovu ilə məşğul olanlar isə qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu ilə məşğul ola bilərlər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO