Vüqar Səfərlinin şikayəti təmin edilmədi

Vüqar Səfərlinin şikayəti təmin edilmədi

Hazırda oxunan: Vüqar Səfərlinin şikayəti təmin edilmədi

66979

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birgə ittiham olunan Nadir Məmmədov, Şahin İbrahimov və Telman Tahirovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. 

Bizim.Media xəbər verir ki, bu barədə  V.Səfərlinin vəkili Hikmət Əliyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Səfərlinin vəkili 3 vəsatət qaldırdı – HEÇ BİRİ TƏMİN EDİLMƏDİ


O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay və N.Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum olunub.

Digər təqsirləndirilən - T.Tahirovla Ş.İbrahimova müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO