QMİ-nin sədr müavini gəlinini məhkəməyə verdi

QMİ-nin sədr müavini gəlinini məhkəməyə verdi

Hazırda oxunan: QMİ-nin sədr müavini gəlinini məhkəməyə verdi

66950

Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı gəlinini məhkəməyə verib.

Bizim.Media xəbər verir ki, Q. Cavadlı qardaşının həyat yoldaşı Cavadlı Ülviyyə Səmədağa qızı barədə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə xüsusi ittiham qaydasında şikayət edib.

Onun şikayətinə Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir müddət əvvəl mediada tərəflər arasında ev alqı-satqısı zamanı bölgü məsələsi problemi ilə bağlı məlumatlar yayılmışdı.
Ü. Cavadlının həyat yoldaşı Cavadlı Lətif Aydın oğlu ötən il avqust ayında dünyasını dəyişib. Bundan sonra Ü. Cavadlı yaşadıqları evi satmaq istəyib. Bu zaman onun qayınanası və baldızı, QMİ-nin sədr müavini Qəmər Cavadlı arasında əmlak bölgüsü mübahisəsi yaranıb (lent.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO