Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.
Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupuna istinadən məlumat verir ki, Şəmkir rayon sakini Kamil Məmmədov idarə etdiyi “Ford” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozması vətəndaşların haqlı narazılığına səbəb olub.
Sosial şəbəkələrdə etdiyi təhlükəli manevrlərin görüntüsünü paylaşan sürücü inzibati məsuliyyətə cəlb olunub.
Faktla bağlı araşdırma davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:48 / 28.03.2022
Avtoxuliqanlıq görüntülərini paylaşan sürücü saxlanıldı - FOTO
Hazırda oxunan: Avtoxuliqanlıq görüntülərini paylaşan sürücü saxlanıldı - FOTO
Hazırda oxunan: Avtoxuliqanlıq görüntülərini paylaşan sürücü saxlanıldı - FOTO
66821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.