Xaçmazda DƏHŞƏT: Qonşusunun 5 ildir saxladığı iti elə səbəbdən öldürdü ki...

Xaçmazda DƏHŞƏT: Qonşusunun 5 ildir saxladığı iti elə səbəbdən öldürdü ki...

Hazırda oxunan: Xaçmazda DƏHŞƏT: Qonşusunun 5 ildir saxladığı iti elə səbəbdən öldürdü ki...

66793

Ötən gün Xaçmazın Üçgünqışlaq kənd sakini Xudayar Muradxanov qonşuluqda yaşayan Səlimovların itini öldürüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xaçmazdakı "Biz də yaşamaq istəyirik" Heyvan Sığınacağının rəhbəri Nailə Rüstəmli məlumat verib.

Onun sözlərinə görə, tükürpədən bu hadisə  ailəni şoka salıb.

Öldürülən itin sahibi, Üçgünqışlaq kənd sakini Ruslan Səlimov Bizim.Media-ya bildirib ki, həyətlərində saxladığı "Foks" adlı it qonşuluqda yaşayan Xudayarın həyətinə gedib-gəlib. Onun iti dişi olduğundan “Foks”un gəlişi Xudayarın xoşuna gəlməyib.

Ötən gün Xudayar həmin iti pusub və arxadan ov tüfəngi ilə güllələyib. Heyvan dərhal ölüb. Ruslan Səlimov deyir ki, dünəndən  şokdayıq, 5 ildir həyətlərində saxladığı iti qonşu öldürüb.
"Biz də yaşamaq istəyirik” Heyvan Sığınacağının rəhbəri Nailə Rüstəmli bildirib  ki, heyvana qarşı bu şiddətlə bağlı Ruslan Səlimov Xaçmaz rayon polis şöbəsinə müraciət edib.
Polis şöbəsində hazırda araşdırma gedir.

Qeyd edək ki, bu, son 1 ayda Xaçmazda heyvanlara qarşı qeydə alınan 3-cü hadisədir.

Martın 4-də rayonun Gödəkli kənd sakini, 86 yaşlı Balasoltan Daşdəmirov iti öldürüb asmışdı və polis şöbəsi həmin şəxsi İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə inzibati şəkildə cəzalandırmışdı.
Üç gün əvvəl Xaçmaz şəhərində pişiyin arxa ayağı naməlum şəxs və ya şəxslər tərəfindən ucu sərt olan alətlə kəsilib. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO