Xanım Yadigarlı \

Xanım Yadigarlı \"Xəzər TV\"dən GETDİ – Yeni iş yeri hara olacaq?

Hazırda oxunan: Xanım Yadigarlı \"Xəzər TV\"dən GETDİ – Yeni iş yeri hara olacaq?

66788

Tanınmış teleaparıcı Xanım Yadigarlı "Xəzər TV"dən ayrılıb.

Bizim.Media xəbər verir ki, teleaparıcı öz ərizəsi ilə işdən ayrılıb.

Teleaparıcı bildirib ki, fəaliyyətini DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi"ndə davam etdirəcək:

“11 ilini geridə qoyduğum bir yol başa çatdı. Böyük bir təsadüf televiziyanı həyat tərzimə çevirmişdi. 17 yaşımı ANS-də tamamlamışam. Həyatımda baş verən əksər önəmli günlər, bayramlar, qoşa tarixləri, doğum günləri, pandemiya həyəcanı, 44 günlük Vətən müharibəsini iş başında keçirmişəm.

Bu yolda "ANS TV"-də müxbir, prodüsser, aparıcı, baş redaktor, "ANS ÇM"-də dj, "Xəzər FM" və "Araz FM"-də , "Xəzər Xəbər"də xəbər aparıcısı çalışmışam.

2020-ci ildə Prezidentdən müsahibə alan jurnalistlər siyahısında olmaq şərəfinə nail olmuşam. Son iş yerim "Xəzər Media Mərkəzi"ndən şəxsi ərizəmlə ayrıldım. Orada çalışan zəhmətsevər, peşəkar, vicdanlı dostlarımın xətri çox əzizdir".
"Fəaliyyətimi "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi"ndə davam etdirəcəm. Bir jurnalist üçün rəsmi qurumdan operativ məlumat əldə etməyin nə demək olduğunu yaxşı bilirəm. Bu işdə sırasına qoşulduğum peşəkar və səmimi komanda ilə DOSTunuz olacağıq. Etimadı doğrultmaq gərək! Yolumuz açıq olsun" – deyə Xanım Yadigarlı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO