Gəncədə narkotik satan şəxslər saxlanıldı - FOTO

Gəncədə narkotik satan şəxslər saxlanıldı - FOTO

Hazırda oxunan: Gəncədə narkotik satan şəxslər saxlanıldı - FOTO

66748

Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeliyində olan qurumların əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitə satmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Sadıqov saxlanılan zaman onun üzərindən külli miqdarda narkotik vasitə olan “heroin” və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Bundan başqa bölmə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Mahir Musayevdən də narkotik maddə olan “heroin” aşkarlanıb.

Baş İdarənin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə onlayn yolla əcnəbi vətəndaşdan aldığı narkotik vasitəni satmaq istəyən Elvin Abdurəhmanov saxlanılıb. Şübhəli şəxsdən külli miqdarda narkotik maddə olan “heroin” və “metamfetamin” aşkar olunaraq götürülüb. 

Narkotik maddə satmaq istəyən digər şəxs İbrahim Allahverdiyev saxlanılaraq Nizami Rayon Polis İdarəsinə gətirilən zaman isə onun üzərində müxtəlif bükümlərdə narkotik vasitə aşkarlanıb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO