Ayaz Mütəllibov son nəfəsində nə deyib? - Köməkçisindən AÇIQLAMA 

Ayaz Mütəllibov son nəfəsində nə deyib? - Köməkçisindən AÇIQLAMA 

Hazırda oxunan: Ayaz Mütəllibov son nəfəsində nə deyib? - Köməkçisindən AÇIQLAMA 

66740

"Mərhum Ayaz Mütəllibovla təxminən 20 ildən çox  münasibətimiz var idi. 2017-ci ildən isə mətbuatla bağlı köməkçisi işləyirəm. O, çox gözəl, dəyərli, ziyalı, kübar, müdrik, humanist bir insan idi. Heç vaxt qarşıdurma tərəfdarı olmayıb".

Bu sözləri eks-prezident Ayaz Mütəllibovun köməkçisi Qulu Həsənoğlu Bizim.Media-ya açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ayaz Mütəllibovun vida mərasimi başladı - FOTO


Köməkçisi mərhumun son günlərdəki vəziyyətindən də söz açıb:

"Bir neçə ay idi ki, səhhətində narahatlığı var idi və prezidentin nəzarəti ilə Mərkəzi Klinikada müalicə alırdı. Ömür-gün yoldaşı vəfat etdikdən sonra çox xiffət çəkdi. Oğlunun ailəsi ilə yaşayırdı. Son anlarında da oğlu başının üstündə olub, söhbətləşib, vidalaşıblar. Ölkəmizin rifahını və firavanlığını arzulayıb".

Qulu Həsənoğlu eks-prezideni son anına qədər ziyarət etdiyini deyib:

"Bir ara mətbuatda şayiələr yayılmışdı ki, guya xəstəliyi ilə əlaqədar nitqi tutulub. Bu, tamamilə yanlış məlumat idi. Şuşa alınanda çox sevinmişdi. Hətta öz təqaüdündən 5 min manat yardım da etmişdi. Bir sözlə, çox gözəl insan idi. Mən bu illər ərzində ondan çox şey öyrəndim, ən əsası da səbr etməyi və təmkinlə hərəkət etməyi”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO