68 şəhidin ipoteka krediti bağlanıldı

68 şəhidin ipoteka krediti bağlanıldı

Hazırda oxunan: 68 şəhidin ipoteka krediti bağlanıldı

6670

Müdafiə Nazirliyinin təqdim etdiyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısına əsasən, 68 şəhidin qalıq məbləği 3,3 milyon manat olan 70 ipoteka krediti üzrə öhdəliyi olub.

Bizim.Media-ya İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə, ölkə prezidentinin 2016-cı il 22 iyun tarixli fərmanı ilə təsdiqlənmiş "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nın tələblərinə uyğun olaraq, həmin kreditlər borcalanın ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından həyat sığortası şirkətləri tərəfindən sığortalanıb.

Bu günə həmin kreditlərin hamısı üzrə kredit öhdəliklərini müvafiq sığortaçılar tam bağlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO