Bakıda bu yolda süni maneələr yaradıldı, yol polisi hərəkətə keçdi – VİDEO

Bakıda bu yolda süni maneələr yaradıldı, yol polisi hərəkətə keçdi – VİDEO

Hazırda oxunan: Bakıda bu yolda süni maneələr yaradıldı, yol polisi hərəkətə keçdi – VİDEO

66689

Bakıda çox sayda avtomobilin istifadə etdiyi yolun müxtəlif hissələrində süni maneələr quraşdırılıb. Nəticədə bu yoldan istifadə edən sürücülər problem yaşayırlar.

Bizim.Media xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Yeni Ramana qəsəbəsindən Şuşa şəhərciyi istiqamətinə gedən hissədə naməlum şəxslərin yolun hərəkət hissəsinə süni maneələr quraşdırıblar. Məhz bu səbəbdən  sürücülər yoldan istifadə etməkdə çətinlik çəkirlər.

Yaxınlıqda yaşayan sakinlər bu yolda süni maneələrin quraşdırılmasının əleyhinə deyillər.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli "Xəzər Xəbər''ə bildirib ki, yollarda bu cür manelərin qurulması qanunda inzibati xəta tərkibli hal sayılır və buna görə də cərimələr nəzərdə tutulur.

Araz Əsgərli onu da deyib ki, həmin əraziyə baxış keçiriləcək və problem həll ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO