Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində baş verib. Bir ailənin 3 üzvü, 1970-ci il təvəllüdlü Ə.Dəmirova,1990-cı il təvəllüdlü E.Abdullayeva və 1992-ci il təvəllüdlü S.Abdullayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onlara dərhal lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, həmin şəxslər bir neçə gün bundan qabaq, bayram günlərində hazırlanmış paytaxt salatı yedikdən sonra zəhərləniblər.
Məqsəd Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:56 / 28.03.2022
Tovuzda bir ailənin üç üzvü qidadan zəhərləndi
Hazırda oxunan: Tovuzda bir ailənin üç üzvü qidadan zəhərləndi
Hazırda oxunan: Tovuzda bir ailənin üç üzvü qidadan zəhərləndi
66678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.