Xaçmaz şəhərində bir pişiyin iki arxa ayağı naməlum şəxs (və ya şəxslər) tərəfindən kəsilib.
Bu barədə Bizim.Media-ya Xaçmazdakı "Biz də yaşamaq istəyirik" adlı heyvan sığınacağının rəhbəri Nailə Rüstəmli məlumat verib.
Onun sözlərinə görə, iki gün əvvəl Xaçmaz şəhərində bir pişiyin küçədə yaralı olması barədə sakinlər tərəfindən ona xəbər verilib. Pişik dərhal sığınaca gətirilib və ilkin tibbi yardım göstərilib.
Daha sonra sığınacaq rəhbəri yaralı pişiyi Bakıya apararaq veterinar klinikaya yerləşdirib. Hazırda heyvan çox qan itirdiyindən vəziyyəti ağırdır. Baytar pişiyin ayağının sərt uclu alətlə kəsildiyini deyib.
Nailə Rüstəmli hadisə ilə bağlı Xaçmaz rayon polis şöbəsinə müraciət edəcəyini deyib:
“Heyvanlarla belə amansız rəftar edənlər tapılıb cəzalandırılmalıdır”.
Qeyd edək ki, bir müddət əvvəl Xaçmazda itə şiddət göstərilməsi barədə sosial şəbələlərdə görüntülər yayılmışdı. Xaçmaz polisi iti asaraq öldürən rayonun Gödəkli kənd sakini, 86 yaşlı Balasoltan Daşdəmiriovun barəsində İnzibati Xətalar Məcəlləsinin 274 -cü maddəsilə tədbir də görmüşdü.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 26.03.2022
Xaçmazda heyvanlara qarşı növbəti şiddət: Pişiyin ayaqlarını kəsdilər - FOTO
Hazırda oxunan: Xaçmazda heyvanlara qarşı növbəti şiddət: Pişiyin ayaqlarını kəsdilər - FOTO
Hazırda oxunan: Xaçmazda heyvanlara qarşı növbəti şiddət: Pişiyin ayaqlarını kəsdilər - FOTO
66491
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.