Lerikdə qarın fəsadları ARTIR: Evlərin damı çöküb, işıq kəsilib, yollar bağlanıb… - FOTO

Lerikdə qarın fəsadları ARTIR: Evlərin damı çöküb, işıq kəsilib, yollar bağlanıb… - FOTO

Hazırda oxunan: Lerikdə qarın fəsadları ARTIR: Evlərin damı çöküb, işıq kəsilib, yollar bağlanıb… - FOTO

66447

Lerik rayonunda qarın yaratdığı fəsadlar dəqiqləşdirilir.  

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, qarın ağırlığına tab gətirməyərək uçulan damlar var. 

Lerik rayon Fövqəladə Hallar üzrə Komissiyanın sədri Habil Məlikovun bildirdiyinə görə, fərdi yaşayış evləri ilə yanaşı təhsil, mədəniyyət və səhiyyə obyektlərinə, elektrik enerjisi infrastrukturuna dəyən ziyanlar var.   

“Veri kəndində 2014-cü ildə inşa olunan 180 şagird yerlik tam orta məktəbin damı qarın ağırlığına tam gətirməyərək çöküb. Əliabad inzibati ərazi nümayəndəliyində Soru kəndində kitabxanaya, həkim məntəqəsinə ciddi ziyan dəyib.

Daha çox Bibiani, Züvüc kəndlərində fərdi evlərə və təsərrüfatlara ziyan dəyib. Evlərin və yardımçı tikililərin damları qarın ağırlığına tab gətirməyərək çöküb. Ümumiyyətlə dünənə qədər rayon mərkəzinə yağan qarın qalınlığı 80-85 sm, kəndlərdə isə daha çox 1 metrdən artıq qar yağıb. Orand, Nuravud, Kəlvəz, Coni ərazilərində qarın qalınlığı 1.5 metrədək artıb.

Çovğun səbəbindən küləyin istiqamətində bəzi yerlərdə yığılan qarın  qalınlığı hətta 2 metrə   çatıb. Aramsız yağan yağıntı səbəbindən yollarda texnikaların hərəkəti üçün də çətinliklər yaranıb. Bir sıra istiqamətlərdə kənd sakinləri zəruri hallarda yolu bel, kürəklə açmaq məcburiyyətində qalıblar.

Bu gün yağıntı dayandığından mümkün istiqamətlərə texnikalar çıxarılıb. Əsas yollarda nəqliyyatın qismən də olsa hərəkəti üçün şərait yaradılıb. Bu yollarda yalnız UAZ və Niva markalı avtomobillər hərəkət edə bilir. Lakin hələ də elə kəndlər qalıb ki, bu istiqamətlərdə işlər aparılır.”  

Elektrik enerji verilişində baş verən qəzalar aradan qaldırılsa da yeni qəzalar səbəbindən işıqların verilməsində fasilələr yaranır. Həmin ərazilərin çoxuna texnika çıxarmaq mümkün olmasa da təmir briqadaları ərazilərdəki qəzaları nəzarətdə saxlamağa çalışır. Əl əməyi hesabına da olsa xətlər bərpa olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO