Lənkəranda QƏZA: 72 yaşlı qadını avtomobil vurdu

Lənkəranda QƏZA: 72 yaşlı qadını avtomobil vurdu

Hazırda oxunan: Lənkəranda QƏZA: 72 yaşlı qadını avtomobil vurdu

66365

Lənkəranda 72 yaşlı qadını avtomobil vurub.  

Bizim.Media-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Zövlə kəndi ərazisində baş verib.  

1950-ci il təvəllüdlü Şağlaser kənd sakini Vəsmcan Salman qızı Tağıyevanı “Vaz 2107” markalı avtomobil vurub.  

Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Vəziyyəti ağır olduğundan yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Sürücü izahatı alınmaq üçün polis şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO