Lənkəranda bölgənin turizm potensialı “Bahar bayramı” sərgisi ilə təbliğ olunub.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, “Novruz” bayramı ilə bağlı bayram günlərində regiona gələn turistlərin böyük axınını nəzərə alaraq, turistlərə bölgənin turizm potensialı, zəngin folkloru, adət-ənənələri, sənətkarlıq nümunələri tanıdılıb.
Bir sıra dövlət və özəl qurumların, eyni zamanda rayon icra hakimiyyətinin, yerli sənətkarların iştirakı ilə bayram günlərində “Bahar bayramı” adı altında silsilə sərgilərə, konsertlərə start verilib.
Sərgilərdə Lənkəranla yanaşı Masallı, Lerik, Astara rayonlarından olan ustaların və sənətkarların da əl işləri nümayiş olunub.
Yerli sənətkarlar tərəfindən hazırlanan nümunələrlə yanaşı yerli bal məhsulları və bitkiçilik nümünələri, cənub bölgəsinin görməli yerlərini əks etdirən fotolardan ibarət fotosərgi də təqdim olunub. Sərgi və bayram tədbirləri qonaqlar və turistlərin böyük marağına səbəb olur.
Bayram tədbirləri martın 27-dək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:43 / 25.03.2022
Lənkəranın “Bahar bayramı” sərgisindən maraqlı GÖRÜNTÜLƏR
Hazırda oxunan: Lənkəranın “Bahar bayramı” sərgisindən maraqlı GÖRÜNTÜLƏR
Hazırda oxunan: Lənkəranın “Bahar bayramı” sərgisindən maraqlı GÖRÜNTÜLƏR
66354
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.