Bu dövlət qurumu YAŞAT Fonduna ianə köçürəcək

Bu dövlət qurumu YAŞAT Fonduna ianə köçürəcək

Hazırda oxunan: Bu dövlət qurumu YAŞAT Fonduna ianə köçürəcək

6634

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) YAŞAT Fonduna ianə köçürməyi planlaşdırır. 

Bu barədə məlumatı Bizim.Media-ya AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə YAŞAT Fonduna Agentlikdə çalışan işçilərin növbəti ayların məvacibindən könüllü ianələr edilməsi nəzərdə tutulub:

“Bilirsiniz ki, bizim Agentlik bu cür aksiyalarda yaxından iştirak edir.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna Agentliyin əməkdaşları mart ayı üzrə öz aylıq məvaciblərindən könüllü şəkildə 300 min manat, oktyabr-noyabr məvaciblərindən isə toplam 600 min manat Silahlı Qüvvələrə Yardım Fonduna ianələr ediblər. Əlavə olaraq həm ehtiyacı olan, həm də şəhid və qazi ailələrinə yardımlar edilib. Bu da 10 min ailədən çoxdur”.

16 dekabra olan məlumata görə YAŞAT Fonduna 10 milyon manat ianə edilib. 

Xatırladaq ki, Fond Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb.

Əsas məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Alçina Amilqızı, Bizim. Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO