Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.
Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.
Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.
Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:28 / 24.03.2022
"Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində toqquşma olmayıb" - MN
Hazırda oxunan: "Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində toqquşma olmayıb" - MN
Hazırda oxunan: "Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində toqquşma olmayıb" - MN
66320
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.