Daşkəsəndə nəvə babasını qarət etdi: 2500 manat, 3 qol saatı...

Daşkəsəndə nəvə babasını qarət etdi: 2500 manat, 3 qol saatı...

Hazırda oxunan: Daşkəsəndə nəvə babasını qarət etdi: 2500 manat, 3 qol saatı...

66180

Daşkəsən rayonun Bayan kəndindəki evlərdən birindən 2500 manat pul, 1000 manat dəyərində qızıl-zinət əşyaları, 590 manat dəyərində 3 ədəd qol saatı və bıçaq dəsti oğurlanıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu barədə Daşkəsən Rayon Polis şöbəsinə müraciət daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun ev sahibinin nəvəsi İ.Əsgərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb. 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO