“Megafun”x9d əyləncə mərkəzi “od tutub yanır”x9d

“Megafun”x9d əyləncə mərkəzi “od tutub yanır”x9d

Hazırda oxunan: “Megafun”x9d əyləncə mərkəzi “od tutub yanır”x9d

66119

Bakıda ən böyük əyləncə mərkəzlərindən biri hesab edilən “Xətai”x9d metrosu yaxınlığındakı “Megafun”x9dəyləncə mərkəzində xidmətlər “od tutub yanır”x9d. Moderator.az-a daxil olan məlumata görə, əsasən uşaqların əyləncəsi üçün nəzərdə tutulan məkanda iki saatlıq oyun kartının qiyməti 20 manatdır. Bundan əlavə, mərkəzdə vətəndaşlara təklif edilən bir stəkan çayın qiyməti 3 manat, “peşmək”x9d və ya “pambıq”x9d adı ilə tanınan şəkər tozundan hazırlanan şirniyyatın bir ədədi isə 2 manatdır. Məhz bu bahalığın nəticəsidir ki, mərkəz daxilində fəaliyyət göstərən ictimai iaşə yerlərində gün ərzində demək olar ki, kimsə gözə dəymir. Vətəndaşlar hesab edir ki, bütün yaş qrupları, xüsusilə də uşaqlar üçün nəzərdə tutulan əyləncə məkanında qiymətlərin bunca bahalığı heç bir məntiqə sığmır və faktiki olaraq uşaqlı ailələrin çoxunun mərkəzin xidmətlərindən istifadə etməsinə imkan vermir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO