Azərbaycanlı gəmi kapitanı şücaətinə görə mükafatlandırıldı - FOTO

Azərbaycanlı gəmi kapitanı şücaətinə görə mükafatlandırıldı - FOTO

Hazırda oxunan: Azərbaycanlı gəmi kapitanı şücaətinə görə mükafatlandırıldı - FOTO

6603

Beynəlxalq Dəniz Təşkilatının Şurasının qərarına əsasən “CITADEL” gəmisinin kapitanı Elbrus İsmayılov dəniz nəqliyyatı sahəsində göstərdiyi peşəkarlığa və fədakarlığa görə, təşəkkür məktubuna layiq görülüb.

Bizim.Media xəbər verir ki, E.İ smayılov mükafatı ötən ilin may ayında  “İsrafil Hüseynov” gəmisində baş verən partlayış zamanı xəsarət alanların xilasedilməsində göstərdiyi şücaətə görə alıb.

Hadisə barədə Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olan andan təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi təmin edilib.

Pis hava şəraiti ilə əlaqədar helikopterin və sairə xilasedici vasitələrin cəlb olunması mümkün olmadığından “CITADEL” gəmisindən “İsrafil Hüseynov” gəmisinin yaralı personalını dərhal təxliyə etməyi öz üzərinə götürüb.

Gəminin kapitanı Elbrus İsmayılovun rəhbərliyi altında 17 nəfərdən ibarət gəmi heyət yaralı personalın təxliyə ediblər. Hadisə zamanı xəsarət alanlar təcili sahilə çıxarılaraq, xəstəxanaya çatdırılıblar.

Xilasetmə əməliyyatlarında fədakarlıq nümayiş etdirən dənizçilər ötən ilin noyabr ayında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun tərəfindən “Donanmanın fəxri işçisi” döş nişanı və Fəxri Fərmanlarla təltif ediliblər.

Daha sonra Kapitan Elbrus İsmayılovun rəhbərliyi altında dənizçilərin xilasetmə əməliyyatlarında göstərdiyi şücaət barədə məlumatlar Beynəlxalq Dəniz Təşkilatına təqdim olunub.

Beynəlxalq Dəniz Təşkilatının Baş Katibi Kitak Lim Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanova məktub ünvanlayaraq kapitan Elbrus İsmayılovun şücaətinə görə təşəkkürünü bildirərək kapitanı təbrik edib.

Vüsalə Balayeva, Bizim.Media


 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO