''Dərman satışı ilə bağlı qanun pozuntuları var'' - Dövlət Xidməti

''Dərman satışı ilə bağlı qanun pozuntuları var'' - Dövlət Xidməti

Hazırda oxunan: ''Dərman satışı ilə bağlı qanun pozuntuları var'' - Dövlət Xidməti

6601

Koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbatın artması nəticəsində bəzi işbazların dərman vasitələrini təsdiq edilmiş qiymətdən fərqli qiymətə satması və əsassız dövriyyədən çıxarılmaqla dərman qıtlığı yaratması halları müşahidə olunur.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, xoşagəlməz halların vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə qurumun mütəmadi apardığı monitorinqlər daha da gücləndirilib.

Dərman vasitələrinin satışı bazarında mövcud vəziyyətin müzakirəsi məqsədilə iri dərman idxalçıları və aptek şəbəkələrinin rəhbərləri ilə Dövlət Xidmətində görüş keçirilib.

Görüşdə dərman təminatında problemlər müzakirə edilib, dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətlərdən fərqli qiymətə satışının, habelə artan tələbatdan sui-istifadə edərək dərman vasitələrinin əsassız olaraq dövriyyədən çıxarılmasının qanun pozuntusu olduğu vurğulanıb.

Dövlət Xidmətinin aptek şəbəkələrində keçirdiyi monitorinqlər zamanı belə halların müəyyən ediləcəyi təqdirdə qanunvericilik çərçivəsində ən ciddi məsuliyyət tədbirlərinin görüləcəyi diqqətə çatdırılıb.

Eyni zamanda sahibkarlara dərman vasitələrinə olan tələbatın tam ödənilməsi üçün zəruri dərman vasitələrinin idxalının artılılması tövsiyə edilib.

Dərman idxalçılarının səsləndirdiyi təkliflər dinlənilib, ümumilikdə dərman bazarı sahəsində mövcud vəziyyət müzakirə olunub, onlara qanunvericiliyin tələbləri izah edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO