Yevlaxda narkotik alverçiləri saxlanıldı - FOTO

Yevlaxda narkotik alverçiləri saxlanıldı - FOTO

Hazırda oxunan: Yevlaxda narkotik alverçiləri saxlanıldı - FOTO

65999

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.  

Bizim.Media DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri – Razi Cəfərov, Tural Rəcəbov və Murad Musayev saxlanılıblar.

R.Cəfərovun evinə baxış zamanı 102 qramdan artıq heroin və 200 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

T.Rəcəbovun evinə baxış keçirilərkən 28 qrama yaxın metamfetamin və marixuana, M.Musayevdən də külli miqdarda metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və adıçəkilən barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO