Bakıda su sayğaclarına qənim kəsilən şəxs saxlanıldı – FOTOLAR  

Bakıda su sayğaclarına qənim kəsilən şəxs saxlanıldı – FOTOLAR  

Hazırda oxunan: Bakıda su sayğaclarına qənim kəsilən şəxs saxlanıldı – FOTOLAR  

65982

Binəqədi rayonunda 25 evin su sayğacı oğurlayan şəxs saxlanılıb. 

Bizim.Media Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin cinayətləri törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Qorxmaz Kərimov tutularaq istintaqa təqdim edilib.

O, Binəqədi qəsəbəsində müxtəlif vaxtlarda 25 evin su sayğacını oğurladığını və əlvan metal qəbulu məntəqələrindən birinə satdığını bildirib.

Oğurlanan su sayğaclarından bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib araşdırmalar davam etdirilir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO