Bakıda atəşfəşanlıqla bayram tədbiri keçirildi – FOTO

Bakıda atəşfəşanlıqla bayram tədbiri keçirildi – FOTO

Hazırda oxunan: Bakıda atəşfəşanlıqla bayram tədbiri keçirildi – FOTO

65836

Nizami rayonu Heydər Bağı-Park Bulvarda Novruz bayramı münasibətilə “Şuşalı Novruzunuz mübarək” adlı bayram tədbiri təşkil edilib. 

Bakı Şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə qeyd edilib ki, ölkəmizdə Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, düşünülmüş siyasəti, dahi sərkərdəliyi və qüdrətli Ordumuzun igid oğlanlarının qəhrəmanlığı nəticəsində artıq ikinci ildir ki, Novruz Bayramı Azərbaycanda böyük ruh yüksəkliyi ilə qeyd edilir.

44 günlük Vətən müharibəsi tarixi Qələbə ilə başa çataraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovulub, 30 il işğal altında olan torpaqlarımızı azad edilib. Artıq Novruzun sədası sədası Qarabağdan, Şuşadan, Cıdır düzündən gəlir. 

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan bu bayramın Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi ilə UNESKO-nun Qeyri-Mədəni İrs siyahısına daxil edilib. 

Tədbirdə rayon ictimaiyyəti Novruz bayramı münasibətilə təbrik edilib. Populyar və sevilən incəsənət nümayəndələrinin, yaradıcı kollektivlərinin iştirakı ilə təqdim edilən konsert tədbiri rayon sakinlərinə xoş ovqat bəxş edib. 
Konsert tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO