Şəmkirdə iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, avtomobilin toqquşması nəticəsində, 1964-cü il təvəllüdlü Hüseynova Şəmsiyə Kamil qızı hadisə yerində dünyasını dəyişib.
Daha altı nəfər, Qazax rayon sakinləri - Turac Kosayeva (1985-ci il təvəllüdlü) və Elxan Kosayev (1985), həmçinin Şəmkir rayon sakinləri - Günay Məmmədzadə (1889), Ülvi Məmmədzadə (1986), Qumru Sultanova (1998) və Nərgiz Məmmədzadə (2017) xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Kosayevlər bir ailənin, digər xəsarət alanlar və ölən şəxs isə başqa ailənin üzvləridirir.
Xatırladaq ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun ərazisindən keçən hissəsində, Könüllü kəndində qeydə alınıb.
Məqsəd Rəhimov, Bizim.Media
21.36
Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bizim.Media xəbər verir ki, hadisə Könüllü kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Bizim.Media