Avtomobil metal arakəsmələrə çırpıldı – Sürücü xəstəxanaya yerləşdirildi

Avtomobil metal arakəsmələrə çırpıldı – Sürücü xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Avtomobil metal arakəsmələrə çırpıldı – Sürücü xəstəxanaya yerləşdirildi

65712

Yevlaxda maşın idarəetmədən  çıxaraq metal arakəsmələrə çırpılıb.

Bizim.Media-nın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının  Yevlax  rayonu ərazisindən keçən hissəsində  baş verib.

İdarəetmədən  çıxan “Kia” markalı minik maşını yol kənarındakı  metal manelərə çırpılıb.

Qəza zamanı 1997-ci il təvəllüdlü sürücü, Bakı şəhər sakini Səfərov Xalıqverdi Cavid oğlu müxtəlif  bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Durumu orta ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO