Şəmkirdə həmkəndlisini bıçaqlayan şəxs saxlanıldı

Şəmkirdə həmkəndlisini bıçaqlayan şəxs saxlanıldı

Hazırda oxunan: Şəmkirdə həmkəndlisini bıçaqlayan şəxs saxlanıldı

65653

Şəmkirdə 30 yaşlı kişini bıçaqlayan şəxs müəyyən edilərək saxlanılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə rayonun Seyfəli kənd sakini 1992-ci il təvəllüdlü Xəyal Babayevə bıçaq xəsarətləri yetirən şəxs onun həmkəndlisi Zeynal Zeynalovdur.

O hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən yeri müəyyən edilərək saxlanılıb.

Məlumat üçün bildirək ki, 30 yaşlı Xəyal Babayev bədənin kəsilmiş, deşilmiş yarası ilə martın 17-də xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO