Güclü küləyin Gəncədə törətdiyi FƏSADLAR: Ağaclar, işıq dirəkləri aşdı - FOTO

Güclü küləyin Gəncədə törətdiyi FƏSADLAR: Ağaclar, işıq dirəkləri aşdı - FOTO

Hazırda oxunan: Güclü küləyin Gəncədə törətdiyi FƏSADLAR: Ağaclar, işıq dirəkləri aşdı - FOTO

65626

Dünən gecədən qərb bölgəsində başlayan güclü külək hələ də davam edir.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncənin müxtəlif yerlərində iri ağaclar küləyin təsirindən aşıb.

Bəzi ərazilərdə yaşayış evlərinə, damlara ciddin ziyan dəyib. Şəhərin Gülüstan qəsəbəsində külək mağazanın böyük aynasını, dam örtüklərini, yol kənarında olan işıq dirəyini aşırıb.

Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları külək nəticəsində dəyən ziyanların aradan qaldırılması istiqamətində işlər aparırlar.

Gəncənin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Güclü külək isə əsməkdə davam edir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO