Aramsız yağışlar nəticəsində Masallı rayonundan keçən Alvadı çayı məcrasından çıxdığı barədə xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, nəticədə sel suları yaşayış həyətlərinə, evlərinə dolub.
Bu gün səhər saatlarında FHN-nin xilasediciləri əraziyə ezam olunub. Kiçik həcmli gəmilər vasitəsilə 17 nəfər Təzə Alvadı kəndində, 4 nəfər isə Molloba kəndində köməksiz vəziyyətdə olan insanlar təxliyə olunub.
Sözügedən ərazidən fotoları təqdim edirik:
*** 11.14
Masallıda Alvadı çayı daşıb, təxliyə olunanlar var.
Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, aramsız yağışlar nəticəsində Masallı rayonundan keçən Alvadı çayı məcrasından çıxıb.
Ötən gecədən suyun səviyyəsi getdikcə artmaqda davam edib. Nəticədə sel suları yaşayış həyətlərinə, evlərinə dolub.
Bu gün səhər saatlarında FHN-nin xilasediciləri əraziyə ezam olunub. Kiçik həcmli gəmilər vasitəsilə 17 nəfər Təzə Alvadı kəndində, 4 nəfər isə Molloba kəndində köməksiz vəziyyətdə olan insanlar təxliyə olunub.
Hazırda xilasedicilər Boradigah qəsəbəsi ərazisində işləyirlər. Sel sularının təsərrüfatlara və əkin sahələrinə ciddi ziyan vurduğu bildirilir.
Bizim.Media