Bundan sonra tarixi qələbəmizin simvolu, məşhur Xarı bülbül çiçəyini hər evdə, hər həyətdə yetişdirmək mümkün olacaq.
Bizim.Media olaraq bu özəl məlumatı Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olarkən əldə etdik. İnstitutun idarə heyətinin sədri Elmar Allahverdiyev adı Şuşa ilə birgə çəkilən Xarı bülbülün yetişdirilmə zərurətindən danışıb:
"Tarixi zəfərimizdən sonra Xarı bülbül çiçəyinin mədəniləşdirilməsi - yəni əkilib-becərilməsi halına salmaq məsələsi qaldırıldı.
Bir neçə müəssisəyə müraciət olunub. Bizim institutda aqrobio texnologiya laboratoriyası güclü olduğundan burada yetişdirməyə başladıq.
Xarıbülbülün yumrularını - yəni soğanlarını dostlarımızın vasitəsilə Şuşadan gətirtdik. Mütəxəssislərimiz üzərində işlədilər. Süni şəraitdə 8-ə qədər qida mühiti yaratdıq və birində alındı. Təcrübəmiz müsbət effekt verdi".
Elmar Allahverdiyev qeyd edib ki, hazırda təcrübə-eksperimentlər uğurla davam edir:
“Xarı bülbülün çiçək açacağını gözləyirik. Tam nəticə əldə edəndən sonra bu çiçəyi həm özümüz yetişdirəcəyik, həm də yetişdirmək istəyən müəsssisələrə və şəxslərə metodiki köməklik edə biləcəyik”.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:47 / 19.03.2022
Məşhur Xarı bülbül çiçəyini hər evdə yetişdirmək mümkün olacaq – FOTO
Hazırda oxunan: Məşhur Xarı bülbül çiçəyini hər evdə yetişdirmək mümkün olacaq – FOTO
Hazırda oxunan: Məşhur Xarı bülbül çiçəyini hər evdə yetişdirmək mümkün olacaq – FOTO
65603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.