Qusarda Novruz bayramı şənliyi - Bahar qızı şəhəri gəzdi - FOTO/VİDEO

Qusarda Novruz bayramı şənliyi - Bahar qızı şəhəri gəzdi - FOTO/VİDEO

Hazırda oxunan: Qusarda Novruz bayramı şənliyi - Bahar qızı şəhəri gəzdi - FOTO/VİDEO

65571

Bu gün Qusarda Novruz bayramı şənliyi keçirilib.

Bizim.Media xəbər verir ki, rayon rəhbərliyinin və digər rəsmilərin iştirak etdiyi şənliyə  səhər saatlarından start verilib.

Qusar şəhərinin mərkəzi Mahmud Əbilov adına meydanda keçirilən şənlik zamanı rəmzi Bahar qız bayramsayağı bəzədilmiş  avtomobillə şəhərin küçələrini gəzib, sakinlərə Novruz təbrikini çatdırıb.

Sonra mərkəzi meydanda  bayram tonqalı yandırılıb. Qusarın milli mətbəx nümunələri, xalq sənəti növləri nümayiş edilib.

Milli folklor nümunələrindən səhnəciklər ifa edilib, yerli pəhləvanlar qollarının güclərini göstəriblər. 

Qarın yağması da qusarlıların Novriz şənliyinə mane olmayıb. 

Aytəkin Alxaslı, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO