Şarm Əl-Şeyxlə Bakı arasında birbaşa uçuşlar BƏRPA EDİLDİ

Şarm Əl-Şeyxlə Bakı arasında birbaşa uçuşlar BƏRPA EDİLDİ

Hazırda oxunan: Şarm Əl-Şeyxlə Bakı arasında birbaşa uçuşlar BƏRPA EDİLDİ

65466

Bu gündən etibarən Bakı ilə Şarm əl-Şeyx arasında birbaşa uçuşlar bərpa edilib. 

Bizim.Media-ya bu barədə Misir Ərəb Respublikasının Bakıdakı Səfirliyindən bildirilib.

Belə ki, martın 18-dən etibarən Azərbaycanın "Paşa Turizm" Şirkəti və Misirin "Air Cairo" Hava Yolları vasitəsilə Bakı ilə Şarm əl-Şeyx arasında həftədə bir dəfə, hər həftənin cümə günü olmaqla birbaşa uçuşların bərpasına qərar verilib.

Bakı ilə Şarm əl-Şeyx arasında birbaşa aviareysin bərpası Azərbaycandan Misirin turizm şəhərlərinə turist axınının artırılması üçün mühüm addım kimi qiymətləndirilib.

Bundan başqa, son bir neçə ay ərzində iki ölkənin rəsmiləri arasında silsilə görüşlər və qarşılıqlı səfərlər nəticəsində Misir - Azərbaycan əlaqələrinin inkişafı əsl yüksəlişin şahidi olub. Bu səfərlərdən sonuncusu Misir - Azərbaycan Hökumətlərarası İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasında və iclas çərçivəsində keçirilən Misir – Azərbaycan Biznes Forumunda iştirak edən Misir nümayəndə heyətinin rəhbəri, Misirin Beynəlxalq Əməkdaşlıq naziri, doktor Rania əl-Maşatin Bakıya səfəri olub. 

Məlumat üçün bildirək ki, Şarm əl-Şeyx təkcə Misirin deyil, həm də dünyanın ən məşhur turizm şəhərlərindən sayılır. Həmçinin dünyanın 4 ən yaxşı və ən gözəl şəhərlərindən biri kimi təsnif edilir. 
Sözügedən şəhər Misir turizminin ən məşhur və ən gözəl kurortlarından biri hesab olunur ki, il boyu möhtəşəm iqlimi, mənzərəli təbiəti ilə seçilir. Şəhərdə, ziyarətçilərin tətil və istirahətlərini keçirməsi üçün lazım olan bütün imkanlar mövcuddur. Bundan başqa, dənizdə üzmək, dalğıc və müxtəlif su idman növləri üçün dünyanın ən yaxşı yerlərindən biridir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO