Qubada qara görə yol bağlandı - YENİLƏNİB

Qubada qara görə yol bağlandı - YENİLƏNİB

Hazırda oxunan: Qubada qara görə yol bağlandı - YENİLƏNİB

65431

Qubanın Buduq kəndinə gedən yol axşam saatlarından bağlanıb. Güclü külək ətrafdakı qarı yola sovurub.   

Buduq kənd bələdiyyəsinin sədri Vaqif Həsənov Bizim Media-ya məlumat verib ki, hazırda işçilər yolun qardan təmizlənməsilə məşğuldurlar.   

Hazırda kənddə qar yağması davam edir. Bəzi ərazilərdə qarın hündürlüyü 30 - 40 sm təşkil edir.

*** 10.23 

Qubada güclü külək Buduq kənd yolunda problem yaradıb. 

Bizim.Media xəbər verir ki, əsən güclü külək rayonun Qrız Dəhnə kəndindən Buduq kəndinə gedən 8 km yolda nəqliyyat vasitələrinin hərəkətində  maneə yaradıb. 

Belə ki, qasırğa yağan qarı yola sovurub və hərəkət çətinləşib.

Hazırda Quba yol istismarı idarəsinin əməkdaşları yolun qardan təmizlənməsi işlərini həyata keçirmək əraziyə yollanıblar. Qeyd edək ki, Xınalıq yolu isə qardan tam təmizlənib. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO