"Ukrayna Beynəlxalq Hava Yolları" Kiyevdən Bakıya aviareysləri bərpa edir

Hazırda oxunan: "Ukrayna Beynəlxalq Hava Yolları" Kiyevdən Bakıya aviareysləri bərpa edir

6537

Kiyevdən bir sıra şəhərlərə, eləcə də əks istiqamətə aviareyslər həyata keçirən "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti dekabrın 30-dan Kiyevdən Bakıya reysləri bərpa etməyə qərar verib.

“Ukrainski Novini”nin məlumatına əsasən, bu barədə şirkətin saytında bildirilib.

Məlumata görə, Ukraynadan Bakıya aviareyslərin biletləri artıq satışdadır.

Bu marşrut üzrə reyslər dekabrın 30-dan başlayaraq hər çərşənbə və bazar günləri Ukrayna paytaxtından, hər bazar ertəsi və cümə axşamı isə Azərbaycan paytaxtından həyata keçiriləcək. (report) 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO