Azərbaycada YENİLİK: Kimlər evdən işləyə biləcək? - VİDEO

Azərbaycada YENİLİK: Kimlər evdən işləyə biləcək? - VİDEO

Hazırda oxunan: Azərbaycada YENİLİK: Kimlər evdən işləyə biləcək? - VİDEO

65325

Azərbaycanda işçilərin distant, yəni evdən işləməsi imkanı qanunvericiliyə daxil ediləcək.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə layihə hazırlayır. Layihəyə əsasən, işin məsafədən, məsələn evdə, mehmanxanada yerinə yetirilməsi əmək məcəlləsinə daxil ediləcək. Məcəlləyə həmçinin “distant”, yəni məsafədən iş” anlayışının daxil edilməsi də nəzərdə tutulub.

Vətəndaşların əmək hüquqlarının müdafiə liqasının rəhbəri Sahib Məmmədov deyir ki, layihə hazırlanarkən əvvəlcə kimlərin məsafədən işləyə biləcəyinə dair siyahı təsdiqlənməlidir. Eyni zamanda hansı işlərin distant həyata keçiriləcəyi müəyyənləşməlidir. 

Onun fikrincə, layihədə işçilərin sığorta haqlarından tutmuş məzuniyyət hüquqlarına qədər bütün məsələlər əksini tapmalıdır. 

Sahib Məmmədovun bildirir ki, dəyişiklər edilərkən beynəlxalq təcrübə də araşdırılmalıdır. 

Ancaq bu dəyişikliklər cəmiyyətdə necə qarşılanacaq, hələlik bəlli deyil. 

Qeyd edək ki, layihə təkmilləşdirilərkən “distant iş” anlayışında “teleiş” forması da nəzərə alınacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO