AFFA-nın yeni baş katibi Sərxan Hacıyev kimdir? – DOSYE

AFFA-nın yeni baş katibi Sərxan Hacıyev kimdir? – DOSYE

Hazırda oxunan: AFFA-nın yeni baş katibi Sərxan Hacıyev kimdir? – DOSYE

65280

Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın baş katibi dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə qərar İcraiyyə Komitəsinin bu gün təşkil olunan iclasında verilib.

AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, Avro-2020-nin və Avro-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, AFFA-nın baş katibi vəzifəsi bu günə qədər baş katib (eyni zamanda icraçı vitse-prezidenti) Elxan Məmmədovun müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

AFFA-nın yeni baş katibi o seçildi - RƏSMİ


​​​​​​​Sərxan Hacıyev kimdir? 

Sərxan Emin oğlu Hacıyev 1987-ci il iyulun 8-də Daşkənd şəhərində anadan olub. 1993-2004-cü illərdə Bakı şəhərində Məktəb-Lisey Kompleksinin 200 saylı orta məktəbində, sonra isə 43 saylı liseyində təhsil alıb. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb. 

2006-2008-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bayrağı altında keçirilən uşaq-gənclər yarışlarında hakimlik edib. 2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub. 

2009-cu ildən bugünədək AFFA-da aşağıda qeyd edilən vəzifələrdə işləyir: 

• 2009-2011 - Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi 

• 2011-2012 - Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri 

• 2012-ci ildən bugünədək baş katibin müavini 

Sərxan Hacıyev 2011-2013-cü illərdə AFFA və Liverpul Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb. 

2014-2015-ci illərdə UEFA və Lozanna Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb. 

2015-ci ildən etibarən UEFA nümayəndəsi kimi beynəlxalq futbol oyunlarının təşkilində iştirak edir. 

2016-cı ildə Bakı şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında UEFA Avropa Çempionatının Final mərhələsi turnirinin direktoru olub. 

2012-2021-ci illərdə Azərbaycanda keçirilən mötəbər futbol tədbirlərinin təşkilat komitələrində UEFA nümayəndəsi kimi işləyib: 

• 2012-ci il, FIFA 17 yaşadək qızlardan ibarət komandalar arası Dünya Çempionatı – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi 

• 2013-cü il, Hərbçilər arasında Futbol üzrə 1-ci Dünya Kuboku – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi 

• 2014-cü il, Futzal üzrə UEFA Kubokunun Final mərhələsi turniri / “Dördlər finalı” – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi 

• 2019-cu il, UEFA Avropa Liqasının Final oyunu – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə 

• 2021-ci il, UEFA Avropa Çempionatının Final mərhələsi turniri / AVRO-2020 – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə 

Azərbaycan, rus və ingilis dillərini bilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO