Abituriyentlərin NƏZƏRİNƏ: Ərizə qəbulu bu gün başa çatır

Abituriyentlərin NƏZƏRİNƏ: Ərizə qəbulu bu gün başa çatır

Hazırda oxunan: Abituriyentlərin NƏZƏRİNƏ: Ərizə qəbulu bu gün başa çatır

65238

Bu gün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu başa çatır.

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, indiyə qədər 90 810 abituriyent öz ərizəsini təsdiq edib.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər. İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.
 

MÖVZU İLƏ BAĞLI:

"Ali məktəb proqramları əsaslı dəyişikliklərə məruz qalmalıdır" – Nazir


Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədləri şəxsən təqdim etməklə saat 17:00-dək elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO