Bakı metrosunda problem yarandı - Qatarlar gecikib və...

Bakı metrosunda problem yarandı - Qatarlar gecikib və...

Hazırda oxunan: Bakı metrosunda problem yarandı - Qatarlar gecikib və...

65192

Bakı metrosunda qatarların hərəkətində yubanma olub.

"Bakı Metropoliteni" QSC-yə istinadən Bizim.Media-ya verilən xəbərər görə, Yaşıl xətt üzrə "28 May-Nizami" mənzili boyunca hərəkət edən qatarın maşinist kabinasında qapıların avtomatik bloklayıcı siqnalı işə düşüb.

Bu səbəbdən maşinist qatarı saxlayaraq, idarəetmə panelinə siqnalın daxil olduğu 3-cü vaqonun müvafiq qapısına baxış keçirib. 

"Hər hansısa problem olmadığını müəyyən etdikdən sonra yenidən yoluna davam edib. Bunun nəticəsində iki qatar arası intervalda 6 dəqiqəyə yaxın fərq yaranıb və yubanma olub. Fərq yalnız iki qatar arasında yarandığından qısa müddət ərzində interval fərqi aradan qaldırılacaq", - QSC-dən bildirilib.

Qeyd edilir ki, vaqonun qapısına sərnişinin müdaxilə etməyə cəhd göstərməsi səbəbindən idarəetmə panelində qapı bloklayıcısının siqnalı işə düşüb.

Bununla bağlı müvafiq qaydada texniki araşdırma aparılmasına başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO