Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi "Gizir hazırlığı" kursu ilə bağlı VİDEO yayımladı

Hazırda oxunan: Müdafiə Nazirliyi "Gizir hazırlığı" kursu ilə bağlı VİDEO yayımladı

65113

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən "Gizir hazırlığı" kursunun planına uyğun olaraq təlim atış çalışmaları yerinə yetirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, atışdan qabaq kursantların nəzəri biliklərini artırmaq məqsədilə atəş hazırlığı üzrə məşğələlər keçirilib.

Silahların taktiki-texniki xüsusiyyətləri, onlardan istifadə qaydaları, eləcə də nişanalma və atəş açmanın digər əsasları öyrədilib, təhlükəsizlik qaydaları çatdırılıb.

Kursantların praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə səhra şəraitində keçirilən təlim atış çalışmalarında əsas diqqət düzgün nişanalma qaydalarına əməl etməklə hədəflərin vaxtında aşkar edilərək dəqiq atəşlə məhv edilməsinə yönəldilib.
Atış çalışmalarında verilən bütün tapşırıqlar kursantlar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO