Astaralı gənc ABŞ-ın ən nüfuzlu ali məktəbinə daxil oldu - FOTO

Astaralı gənc ABŞ-ın ən nüfuzlu ali məktəbinə daxil oldu - FOTO

Hazırda oxunan: Astaralı gənc ABŞ-ın ən nüfuzlu ali məktəbinə daxil oldu - FOTO

65002

Kimya fənni üzrə respublika və beynəlxalq olimpiadaların qalibi Salman Hüseynov Massaçusets Texnologiya İnstitutunun təqaüd proqramını qazanıb.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, Astara rayonu, Pensər kənd Z.Ə.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin şagirdi S.Hüseynov 2019-2020–ci tədris ilində keçirilən respublika fənn olimpiadalarında kimya fənni üzrə 2-ci yerin, 2020-2021-ci tədris ilində keçirilən respublika fənn olimpiadalarında isə 1-ci yerin qalibi olub.

Həmçinin, S.Hüseynov 2021-ci ildə Yaponiyada təşkil edilən ICHO-Beynəlxalq Kimya Olimpiadasında (distant) 3-cü yeri əldə edərək bürünc medal qazanıb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO