Bakıda güllələnən Zaur Yusifovun SON PAYLAŞIMI:

Bakıda güllələnən Zaur Yusifovun SON PAYLAŞIMI: "Təbrik edirəm..."

Hazırda oxunan: Bakıda güllələnən Zaur Yusifovun SON PAYLAŞIMI: "Təbrik edirəm..."

64953

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında dünya çempionu Zaur Yusifov paytaxtın Nəsimi rayonunda qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, qətlə yetirilən idmançı sosial şəbəkədə sonuncu paylaşımını saat 20 radələrində edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda QƏTL - Həbsdən çıxan dünya çempionu güllələndi


O, paylaşımda AMF-nin yeni seçilən vitse-prezidenti Vüqar Qasımovu bu münasibətlə təbrik edib:

“Qardaşım Vüqar Qasımovu AMF-nin vitse-prezidenti seçilməyi münasibəti ilə təbrik edirəm və fəaliyyətində uğurlar arzu edirəm. Vüqar müəllim böyük uğurlara layiq insandır və gözəl idmançıdır. Təbrik edirəm, qardaşım, uğurlar”. 

Qeyd edək ki, Zaur Yusifov martın 14-ü axşam saatlarında paytaxtın Nəsimi rayonu “6-cı mikrorayon” ərazisində marketlərin birində qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 22 yaşlı Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Əlavə edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

İstintaq zamanı 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub. Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilib.
2021-ci il oktyabrın 8-də Zaur Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alaraq məhkəmə zalından azadlığa buraxılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO