SOCAR-ın İctimai əlaqələr və təbdbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov koronavirus ehtimalı ilə karantinə alınıb.
Bu barədə Bizim.Media-ya qurum rəsmisinin özü məlumat verib. İbrahim Əhmədovun sözlərinə görə həyat yoldaşının koronavirusla bağlı test yoxlanışının nəticəsi pozitiv çıxıb və bu səbəbdən karatindədir.
“Hələ ki məndə koronavirusun simptomları yoxdur. Bir neçə gün əvvəl test yoxlanışından keçdim və nəticə neqativ çıxdı. Həyat yoldaşım koronavirusa yoluxduğundan müvafiq dövrə qədər təcrid olunmuşam. Əlbəttə ki, bir evin içində yoluxma riski də mümkündür”,- deyə qurum rəsmisi əlavə edib.
Xatırladaq ki, ötən ayın əvvəlindən etibarən Dövlət Neft Şirkətində (SOCAR) peyvəndlənmə prosesinə başlanıb.
Şirkətin bütün işçi heyətinə qrip və koronavirusa qarşı qabaqlayıcı tədbir olaraq Fransadan alınan peyvənd tətbiq edilir. İbrahim Əhmədova da həmin həmin peyvənd vurulub.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:05 / 26.12.2020
SOCAR rəsmisi karantinə alındı — ÖZƏL
Hazırda oxunan: SOCAR rəsmisi karantinə alındı — ÖZƏL
Hazırda oxunan: SOCAR rəsmisi karantinə alındı — ÖZƏL
6472
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.