Rüstəm İbrahimbəyovun cənazəsinin Bakıya gətirilməsində çətinlik yarandı

Rüstəm İbrahimbəyovun cənazəsinin Bakıya gətirilməsində çətinlik yarandı

Hazırda oxunan: Rüstəm İbrahimbəyovun cənazəsinin Bakıya gətirilməsində çətinlik yarandı

64634

“Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun nəşi sabah axşam saatlarında Bakıya gətiləcək. Vida mərasimin və dəfnin harada olacağı hələ rəsmi olaraq dəqiqləşdirilmədiyinə görə ən dəqiq xəbər martın 15-də bilinəcək”.

Bu barədə Bizim Media-ya Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir - FOTO


Əli İsa Cabbarov Bakıda keçiriləcək vida mərasimi və dəfnlə bağlı mətbuata sabah xəbər veriləcəyini, dəfn prosesinin dövlət tərəfindən təşkil ediləcəyini də əlavə edib: 

“Ən dəqiq məlumat sabah olacaq. Çünki yollar bağlıdır. Vəziyyət çətindir. Təşkilatçılar onunla bağlı son qərar verməyiblər”.

Xatırladaq ki, Rüstəm İbrahimbəyov martın 10-dan 11-ə keçən gecə Moskvadakı xəstəxanalardan birində dünyasını dəyişib.

Ülviyyə Həsənqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO