Gənclər və idman naziri Tovuzda vətəndaşları qəbul etdi - FOTO

Gənclər və idman naziri Tovuzda vətəndaşları qəbul etdi - FOTO

Hazırda oxunan: Gənclər və idman naziri Tovuzda vətəndaşları qəbul etdi - FOTO

64481

Gənclər və idman naziri Fərid Qayıbov Tovuz şəhərində Tovuz, Qazax və Ağstafa rayonlarndan olan vətəndaşları qəbul edib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbula gələn vətəndaşların müraciətləri yaşadıqları ərazilərdə idman qurğularının inşa edilməsi, işlə təminat və digər məsələlər olub. 

Nazir Fərid Qayıbov hər bir vətəndaşı dinləyib, onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib. 

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. 

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. 

Qəbulda nazir müavini Mariana Vasileva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və nazirliyin məsul əməkdaşları da iştirak ediblər.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO