Nazirlikdən qazi Azər Rəhmanov barədə məlumat

Nazirlikdən qazi Azər Rəhmanov barədə məlumat

Hazırda oxunan: Nazirlikdən qazi Azər Rəhmanov barədə məlumat

6448

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış Rahmanov Azər Xanoğlan oğlunun ailəsi ilə görüşüblər.

Bizim.Media-ya nazirlikdən verilən məlumata görə, Cəlilabadın Göytəpə qəsəbəsində yaşayan ailə 3 nəfərdən (əsgərin özü, anası və qardaşı) ibarətdir. Azərin anası hazırda işləyir, qardaşı 26 yaşlı Rəfael də Bakıdakı şirkətlərin birində çalışır.

Azərin əlillik dərəcəsinin qiymətləndiriləcəyi və əlillik təyinatı aparıldığı halda onun Nazirlik tərəfindən aylıq sosial ödənişlərlə və reabilitasiya xidmətləri ilə təmin olunacağı, digər sosial dəstək tədbirləri ilə əhatə olunacağı barədə ailəyə məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO