Sabirabadda narkotik alveri ilə məşğul olan şəxs saxlanıldı

Sabirabadda narkotik alveri ilə məşğul olan şəxs saxlanıldı

Hazırda oxunan: Sabirabadda narkotik alveri ilə məşğul olan şəxs saxlanıldı

64362

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. 

Belə ki, keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olan rayonun Suqovuşan kənd sakini, əvvəllər məhkum olunmuş Zahid Yadigarov saxlanılıb. 

Onun yaşadığı ünvana keçirilən baxış zamanı 132 ədəd kibrit qutusunda və sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi 3 kiloqram 112 qram olan marixuana, dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş 1045 ədəd çətənə kollarının ştilləri, bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 8 ədəd patron aşkarlanaraq götürülüb. 

Dindirilmə zamanı Z.Yadigarov cinayət əməlini etiraf edib. 

Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO