Bakıda məşhur iş adamının oteli yanır - FOTO/VİDEO

Bakıda məşhur iş adamının oteli yanır - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda məşhur iş adamının oteli yanır - FOTO/VİDEO

64333

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində otelin dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Bizim.Media FHN-ə istinadla xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

***

Bakının Nərimanov rayonunda oteldə yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Məmməd Araz küçəsində yerləşən "Ramada Shamdan" otelinde qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürüən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

İş adamı Hafiz Məmmədova məxsus olduğu deyilən otel uzun müddətdir fəaliyyət göstərmir.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO