Rüşvət, mənimsəmə — Səfura Əlizadənin atası məhkəmə qarşısında - FOTO

Rüşvət, mənimsəmə — Səfura Əlizadənin atası məhkəmə qarşısında - FOTO

Hazırda oxunan: Rüşvət, mənimsəmə — Səfura Əlizadənin atası məhkəmə qarşısında - FOTO

6415

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin bu gün məhkəməsi keçiriləcək.

Bizim.Media xəbər verir ki, DTX istintaq orqanının vəsatəti əsasında prokuror təqdimat verərək S. Əlizadənin həbsdə qalma müddətinin uzadılmasını istəyib.

Təqdimata bu gün Səbail rayon məhkəməsinin hakimi Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.

Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir.

Qeyd edək ki, Səlim Əlizadə “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Səfura Əlizadənin atasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO